Maide.az

Avropaya Aralıq dənizi ilə 222 mindən çox miqrant gəlib

İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 222 mindən çox miqrant və qaçqın gəlib. Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir. Bu müddət ərzində ən çox mühacir Yunanıstana gəlib - 158 159 nəfər. İtaliyaya isə 62 752 miqrant və qaçqın gəlib. Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 2888 nəfəri keçib. Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan, İraq, Pakistan və İran vətəndaşlarıdır.