Maide.az

Avropa İttifaqı Suriya üçün toplanır

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Suriya baş verən son prosesləri müzakirə etmək üçün bu gün Brüsseldə toplanır.   Maide.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, Aİ-nin Xarici Əlaqələr Şurası tərəfindən təşkil edilən iclasa qurumun xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini sədrlik edəcək.   İclasda BMT-nin Baş katibi Antonio Qutyerreşin Suriya üzrə xüsusi təmsilçisi Ştefan De Mistura da iştirak edəcək. O, BMT-nin sülh prosesinin sürətləndirilməsi istiqamətində nazirlərlə müzakirə aparacaq.   Bundan başqa, Şərqi Qutaya humanitar yardımların çatdırılması məsələsi də iclasın gündəliyində olacaq.