Maide.az

Avropa İttifaqının vitse-prezidenti Azərbaycana və Ermənistana gələcək

Avropa İttifaqının ali nümayəndəsi və vitse-prezident Federika Mogerini fevralın 29-da Azərbaycana gələcək. Martın 1-də isə Ermənistana gedəcək.   O, Azərbaycanda prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrilə görüşəcək.   F.Mogerinini Aİ-nin energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevkoviç müşayiət edəcək.   Ermənistanda F.Mogerini prezident, XİN rəhbəri, siyasi partiyaların və vətəndaş cəmiyyətinin nümayəndələrilə görüşəcək. Bu barədə Aİ-nin Bakı ofisinin məlumatında deyilir.