Maide.az

Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlir

Avropa İttifaqının insan haqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidis bu gün Azərbaycana səfərə gələcək.   Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.   Səfər fevralın 26-na kimi davam edəcək. Nümayəndəlikdən bildirilib ki, səfərin məqsədi və proqramı hələlik dəqiq bəlli deyil.