Maide.az

Avropa İttifaqından qalmaqallı hesabat: Çevrilişi Gülən etməyib

FaktXəbər-in verdiyi məlumata görə, Avropa Birliyinin kəşfiyyat mərkəzi (INTCEN) Türkiyədə 15 iyul tarixində planlaşdırılan uğursuz çevriliş cəhdi ilə bağlı qalmaqallı hesabat dərc edib. İngiltərənin "The Times" qəzetində dərc olunan hesabatda qeyd olunub ki, Türkiyədə dövlət çevrilişi cəhdinin Fətullah Gülənlə əlaqəsi yoxdur.   Hesabatda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlik ciddi itthamlar da öz əksini tapıb. Belə ki, Avropa Birliyinin kəşfiyyat mərkəzi iddia edib ki, Türkiyə prezidenti ordudakı nüfuzlu şəxsləri əvvəlcədən təxris etmək istəyib və çevriliş cəhdi sadəcə bir bəhanə olub: "Türkiyədə çevriliş olmayana qədər Fətullah Gülənə bağlı şəxslər Ərdoğanın hərəkətlərinə nəzarət edə bilsə də, ordu içində o qədər də böyük nüfuza malik deyildilər. Türkiyə prezidenti uğursuz Suriya və kürdlərə qarşı yürütdüyü siyasətə görə, yerli əhalinin qəzəbinə tuş gəldi.  Ərdoğan uğursuz dövlət çevrilişi cəhdini etdi və fövqəladə hal elan edərək müxalif düşərgəyə qarşı geniş təzyiq kampaniyasına başladı".   Qeyd edək ki, 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı 240 nəfər şəhid olmuş, 2200-dən çox insan yaralanmışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqa müraciətindən sonra əhali küçə və meydanlara axışaraq, çevriliş cəhdinin qarşısının alınmasına nail oldu. Türkiyə xalqı bununla, eyni zamanda, demokratiyaya sadiqliyini də bütün dünyaya nümayiş etdirdi.