Maide.az

Avropa Parlamentinin 63 üzvü İsrailə sanksiya tətbiq edilməsini istədi

Avropa Parlamentinin 63  üzvü Avropa Birliyi Xarici Əlaqələr Komitəsinin nümayəndəsi Federika Mogeriniyə məktub göndərərək, İsraillə tərəfdaşlıq müqaviləsinin təxirə salınmasını tələb edib. Fərqli siyasi qruplardan və ölkələrdən Avropa Parlamenti millət vəkillərinin imza atdığı məktubda, İsrailin son Qəzza hücumunda qəsdən mülki şəxsləri hədəfə aldığı və digər cinayətlər işlətdiyi səbəb olaraq göstərilib. Avropa Birliyinin İsrailin işğalı altında olan Fələstin torpaqlarında inşaat işlərinin aparılmasına qarşı çıxdığı, lakin İsrail hökumətinin sözü gedən inşaat işlərini davam etdirdiyi bildirilən məktubda bu ifadələrə yer verilib: "Avropa Birliyi - İsrail tərəfdaşlıq müqaviləsinin 2-ci maddəsində insan haqları və demokratik prinsiplərə hörmətlə yanaşılması qeyd edilir. AB-nin İsrail tərəfindən insan haqlarının pozulmasına reaksiya göstərməməsi, İsrail tərəfini daha çox cinayət işlətməyə təşviq edir. Avropa Birliyi Ukrayna məsələsinə görə, Rusiyaya sanksiyalar tətbiq etdiyi halda, İsrailə heç bir reaksiya göstərmir".İslamazeri/