Maide.az

Avropa İnsan Hüquqları Məhkəməsinə yeni sədr seçildi

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) plenar toplantısında gizli səsvermə yolu ilə məhkəmə öz yeni sədrini seçib.   Bu posta İtaliyanın AİHM-dəki hakimi Guido Raymondi seçilib və onun sədrlik səlahiyyətləri bu ilin noyabr ayının 1-dən qüvvəyə minəcək. O, bu vəzifədə mandatı bu ilin oktyabrın 31-də başa çatan Lüksemburqlu Din Şpilmanı əvəz edəcək.   Qeyd edək ki, İtaliyanın Neapol şəhərindən olan Guido Raymondi 2010-cu ildən İtaliyanın AİHM-dəki hakimi, 2012-ci ildən isə Məhkəmənin vitse-prezidenti və şöbə müdiri vəzifələrində çalışıb.