Maide.az

Avropanın yeni kralı - PORTUQALİYA! Portuqaliyanı çempion edən qol -VİDEO

Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub.   Qol.az-ın məlumatına görə, bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb.   Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib. Bu mərhələyə qədər məğlub olmayan komandaların oyunu maraqla gözlənilirdi.   Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 109-cu dəqiqəsində Ederin vurduğu qol Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb.        10 iyul   Avropa çempionatı, final   23:00. Portuqaliya - Fransa - 1:0 Qol: Eder, 109 (1:0) Baş hakim: Mark Klattenburq Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə) Sent-Denis. "Stad de France"