Avropa ölkələrindən Həcc ziyarətinə neçə nəfər gedib ?
Rəsmi statistikaya əsasən cari ilin Həcc mövsümündə Avropanın 28 ölkəsindən 193761 zəvvar Həcc ayinini yerinə yetirmək üçün Səudiyyə Ərəbistana səfər edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, Avropa ölkələri arasında ən çox Türkiyədən (80 min zəvvar), ən az isə Ukraynadan (50) olan zəvvarlar Həccə gedib. Türkiyədən sonra Britaniya (25200), Rusiya (23700), Fransa (21200) və Almaniya (11000) ilk beşliyi tamamlayır. Statistikaya əsasən, Avropanın 17 ölkəsindən, o cümlədən Macarıstan, Belarusiya, Sloveniya, Xorvatiya, Moldova, Litva, Makedoniya, Sloveniya, Latviya, Estoniya, Lüksemburq, Malta, İslandiya və bir sıra digər ölkələrdən Həcc ziyarətinə gedən olmayıb.