Maide.az

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb. Tədbirdə 32 komanda 16 cütlük təşkil edib.   Avropa Liqasının qrup mərhələsində ilk 2 yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda 3-cü olanların rəqibləri bəlli olub. Sonuncular arasında aşağı reytinqli 4 komanda və qrup ikinciləri ilk oyunların ev sahibi olacaq.   Eyni qrupdan çıxan, həmçinin bir assosiasiyanı təmsil edənlərin qarşılaşmayacağı mərhələnin ilk matçları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə 23-də baş tutacaq.   Türkiyə klublarının da rəqibləri bəlli olub. “Beşiktaş” “Hapoel” (Beyer-Şeva, İsrail), “Osmanlıspor” “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça” “Krasnodar”la (Rusiya) üz-üzə gələcək. (apa) /   Avropa Liqası 1/16 final “Atletik” (İspaniya) - APOEL (Kipr)   “Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)   “Anderlext” (Belçika) - “Zenit” (Rusiya)   “Astra” (Rumıniya) - “Genk” (Belçika)   “Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyen” (Fransa)   “Vilyarreal” (İspaniya) - “Roma” (İtaliya)   “Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka)   “Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna)   “Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə)   “Gent” (Belçika) - “Tottenhem” (İngiltərə)   “Rostov” (Rusiya) - “Sparta” (Çexiya)   “Krasnodar” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)   “Borussiya” (M, Almaniya) - “Fiorentina” (İtaliya)   “Alkmaar” (Hollandiya) - “Lion” (Fransa)   “Hapoel” (Beyer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə)   PAOK (Yunanıstan) - “Şalke” (Almaniya)