Maide.az

Avropa Liqasında `pley-off` mərhələsinin püşkatma mərasimi keçirilib

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.   Maide.İnfo Qol.az-a istinadla məlumat verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada 44 komanda iştirak edib. Bunlardan 15-i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıranlar, digər 29-u isə Avroliqanın 3-cü təsnifat mərhələsini adlayanlardır.   Türkiyə təmsilçisi "Fənərbaxça" qrup mərhələsi uğrunda mübarizədə Makedoniyanın "Vardar" klubu ilə qarşılaşacaq.   Qeyd edək ki, pley-offun ilk oyunları avqustun 17-də, cavab matçları 24-də keçiriləcək.   Avropa Liqası Pley-off mərhələsi   “Şkendiya” (Makedoniya) - “Milan” (İtaliya)   “Vardar” (Makedoniya) - “Fənərbaxça” (Türkiyə)   “Ayaks” (Hollandiya) - “Rusenborq” (Norveç)   “Osiyek” (Xorvatiya) - “Austriya” (Avstriya)   “Srvena Zvezda” (Serbiya) - “Krasnodar” (Rusiya)   “Altax” (Avstriya) - “Makkabi” (Təl-Əviv, İsrail)   BATE (Belarus) - “Aleksandriya” (Ukrayna)   “Brügge” (Belçika) - AEK (Yunanıstan)   “Maritimo” (Portuqaliya) - “Dinamo” (Kiyev, Ukrayna)   “Dinamo” (Zaqreb, Xorvatiya) - “Skenderbeu” (Albaniya)   “Lüdoqorets” (Bolqarıstan) - “Suduva” (Litva)   “Panatinaikos” (Yunanıstan) - “Atletik” (İspaniya)   “Apollon” (Kipr) - “Midtyulland” (Danimarka)   “Domjale” (Sloveniya) - “Marsel” (Fransa)   “Partizan” (Serbiya) - “Videoton” (Macarıstan)   “Hafnarfyordur” (İslandiya) - “Braqa” (Portuqaliya)   “Everton” (İngiltərə) - “Hayduk” (Xorvatiya)   “Utrext” (Hollandiya) - “Zenit” (Rusiya)   “Legiya” (Polşa) - “Şerif” (Moldova)   “Vitorul” (Rumıniya) - “Zalsburq” (Avstriya)   “Viktoriya” (Çexiya) - AEK (Kipr)   PAOK (Yunanıstan) - “Ostersun” (İsveç)