Maide.az

Avropa Liqasında III turun oyunları keçiriləcək

Tur çərçivəsində 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq   Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək.    "Report"un məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq.   Azərbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olacaq. A qrupunda "Mançester Yunayted" Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. İstanbul təmsilçisi bu görüşdə qələbə qazanmaqla qrup liderliyini qorumuş olacaq. "Qırmızı şeytanlar" isə "Old Trafford"dan qələbə 3 xalla ayrılacağı təqdirdə xal ehtiyatını 6-ya çatdıracaq. Qrupun digər görüşündə isə Hollandiyada "Feyenoord" və Ukrayna "Zarya"sı üz-üzə gələcək.   "Qəbələ"nin çıxış etdiyi C qrupunda Belçika "Anderlext"i Almaniyada "Maynts"la münasibətlərinə aydınlıq gətirəcək. Aktivində 4 xal olan komandalar qrupda ilk iki pilləni bölüşür. Qalib komanda liderliyini möhkəmləndirəcək. Qrupun digər oyununda Azərbaycanın "Qəbələ" klubu Fransada "Sent-Etyen"lə qarşılaşacaq.   "Qarabağ"ın mübarizə apardığı J qrupunda isə İtaliya "Fiorentina"sı Çexiyanın "Slovan" komandasını qəbul edəcək. Çexiya klubu qrupdan çıxmaq üçün qələbə qazanmağa çalışacaqsa, meydan sahibləri 3 xal sayəsində liderlik mövqeyində qalacaq. "Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu sınağa çəkəcək.   Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və briqadası bu gün Türkiyədə iş başında olacaq. H qrupunda "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında baş tutacaq görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.   Portuqaliya təmsilçisi 1 xalla 3-cü, aktivində xal olmayan "Konyaspor" isə qrup sonuncusudur. Bu qrupun digər görüşündə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Belçika "Gent"i ilə qarşılaşacaq.   Avropa Liqası, qrup oyunları, III tur 20 oktyabr A qrupu 23:05. "Mançester Yunayted" (İngiltərə) - "Fənərbağça" (Türkiyə) 23:05. "Feyenoord" (Hollandiya) - "Zarya" (Ukrayna) Xal durumu: "Fənərbağça" - 4. "Feyenoord" - 3. "Mançester Yunayted" - 3. "Zarya" - 1.   B qrupu 23:05. "Olimpiakos" (Yunanıstan) - "Astana" (Qazaxıstan) 23:05. APOEL (Kipr) - "Yanq Boyz" (İsveçrə) Xal durumu: APOEL - 6. "Olimpiakos" - 3. "Yanq Boyz" - 1. "Astana" - 1.   C qrupu 23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan) 23:05. "Maynts" (Almaniya) - "Anderlext" (Belçika) Xal durumu: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.   D qrupu 23:05. AZ (Hollandiya) - "Makkabi" (Tel-Əviv, İsrail) 23:05. "Dundalk" (İrlandiya) - "Zenit" (Rusiya) Xal durumu: "Zenit" - 5. "Dundalk" - 4. AZ - 1. "Makkabi" - 0.   E qrupu 23:05. "Roma" (İtaliya) - "Austriya" (Avstriya) 23:05. "Viktoriya" (Çexiya) - "Astra" (Rumıniya) Xal durumu: "Roma" - 4. "Austriya" - 4. "Viktoriya" - 2. "Astra" - 0.   F qrupu 23:05. "Genk" (Belçika) - "Atletik" (İspaniya) 23:05. "Rapid" (Avstriya) - "Sassuolo" (İtaliya) Xal durumu: "Atletik" - 3. "Genk" - 3. "Rapid" - 3. "Sassuolo" - 3.   G qrupu 21:00."Standart" (Belçika) - "Panatinaikos" (Yunanıstan) 21:00. "Selta" (İspaniya) - "Ayaks" (Hollandiya) Xal durumu: "Ayaks" - 6. "Selta" - 4. "Standart" - 1. "Panatinaikos" - 0.   H qrupu 21:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Gent" (Belçika) 21:00. "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya) Xal durumu: "Şaxtyor" - 6. "Gent" - 4. "Braqa" - 1. "Konyaspor" - 0.   İ qrupu 21:00. "Krasnodar" (Rusiya) - "Şalke" (Almaniya) 21:00. "Zalsburq" (Avstriya) - "Nİtsa" (Fransa) Xal durumu: "Krasnodar" - 6. "Şalke" - 6. "Zalsburq" - 0. "Nitsa" - 0.   J qrupu 21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) 23:05. "Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya) Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.   K qrupu 21:00. "İnter" (İtaliya) - "Southempton" (İngiltərə) 21:00. "Hapoel" (Bir Şeva, İsrail) - "Sparta" (Çexiya) Xal durumu: "Hapoel" - 4. "Southempton" - 4. "Sparta" - 3. "İnter" - 0.   L qrupu 21:00. "Styaua" (Rumıniya) - "Sürix"(İsveçrə) 21:00. "Osmanlıspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya) Xal durumu: "Vilyarreal" - 4. "Sürix" - 3. "Osmanlıspor" - 3. "Styaua" - 1.