Maide.az

Avropa Liqasında final oyunu - VİDEO

Bu gün Avropa Liqasında final oyuu keçiriləcək. Maide.Az-ın məlumatına görə, həlledici görüşdə “Liverpul” və “Sevilya” komandaları üz-üzə gələcək.   İndiyədək dörd dəfə Avropa Liqasının kubokunu qazanan “Sevilya” həm də turnirin son qalibidir.   “Liverpul” isə üç dəfə UEFA kubokunu qazanıb. Liverpul təmsilçisi sonuncu dəfə 2000-2001 mövsümünün finalında İspaniya təmsilçisi “Alaves”ə qalib gələrək o zaman UEFA kuboku adlanan turnirin qalibi olub.   İsveçrənin Bazel şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.   18 may   Avropa Liqası, final   22:45. “Liverpul” (İngiltərə) - “Sevilya” (İspaniya)   Hakimlər: Yonas Eriksson, Matias Klasenius, Daniel Varnmark (hamısı İsveç), Sveyn Oddvar Moen (Norveç) Bazel. “Sent Yakob-Park” stadionu  /