Maide.az

Avropa Liqasında finalçılar müəyyənləşib - VİDEO

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bununla da Stokholmdakı final matçına yollanacaq komandalar müəyyənləşib.   Əslində, həlledici qarşılaşmada üz-üzə gələcək komandalar böyük ölçüdə bəlli idi. Belə ki, ilk görüşlərə əsasən “Mançester Yunayted” və “Ayaks”ın finala çox yaxın olduğunu söyləmək olardı.   Gümanlar özünü doğruldub. İlk oyunda səfərdə "Ayaks"a 4:1 hesabı ilə məğlub olan "Lion"u doğma meydandakı 3:1 də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkarlıqlarını qoruyaraq finala çıxıblar. “Ayaks” bu nəticə ilə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa haqq qazanıb.   “Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib. Hər iki komandanın qırmızı vərəqə ilə cəzalandığı oyunda bərabərlik qeydə alınıb - 1:1. Çətinliklə də olsa, rəqibini keçməyi bacaran "Mançester Yunayted" finala üksələn ikinci komanda olub.   UEFA Avropa Liqası Yarımfinal mərhələsi, ilk oyunlar 11 may   “Mançester Yunayted” (İngiltərə) – “Selta” (İspaniya) - 1:1 Qollar: Fellaini, 17 - Ronkalya, 85   Baş hakim: Ovidiu Hateqan (Rumıniya) Mançester. “Old Trafford” stadionu İlk oyun – 1:0     “Lion” (Fransa) - “Ayaks” (Hollandiya) - 3:1 Qollar: Lakazette, 45, 45+1, GezzaL .81  - Dolberq, 27   Baş hakim: Şimon Marçinyak (Polşa) Lion. “Stad de Luymer” İlk oyun – 1:4 

Манчестер Юнайтед - Сельта 1:1. Обзор матча. Лига Европы 2016/17. 1/2 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Лион - Аякс 3:1. Обзор матча. Лига Европы 2016/17. 1/2 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.