Maide.az

Avropa Liqasında bütün 1/4 finalçılar bəlli olub - VİDEO

UEFA Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib. Baş tutan qarşılaşmalardan sonra 1/4 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.   Maide.Az apasporta istinadən xəbər verir ki, 8 oyundan 3-ü saat 22:00-da start götürüb ki, bu matçlarda “Beşiktaş” “Olimpiakos”u, “Krasnodar” “Selta”nı, “Genk” isə “Gent”i qəbul edib.   Yunanıstandan sərfəli nəticə ilə dönən İstanbul təmsilçisi möhtəşəm qələbə ilə 1/4 finala adlayıb. Hətta matçın gedişində 10 nəfərlə qalmaq da "Beşiktaş"a mane olmayıb.   “Selta” isə Rusiyada 2 cavabsız qola sevinib.   “Genk” – “Gent” cütlüyündə isə bərabərlik meydan sahiblərinin növbəti mərhələyə yüksəlməsinə mane ola bilməyib.   Saat 00:05-də start götürən oyunlarda isə azarkeşlər gərgin rəqabətə şahidlik ediblər. "Mançester Yunayted" doğma meydanda "Rostov"u tək qolla keçib.   "Ayaks" da qələbə qazananlardan olub - 2:0.   "Lion" "Roma"ya 1:2 hesabı ilə uduzsa da, doğma meydandakı qələbə fransızları üstün edib.   Almaniya derbisini isə "Şalke" qazanıb. Doğma meydanda 1:1 ilə razılaşan helzenkirhenlilər səfərdə əldəetdiyi 2:2-lik heç-heçə ilə 1/4 finala çıxıb. /   UEFA Avropa Liqası 1/8 final, cavab görüşləri 16 mart   “Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1 Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31  İlk oyun - 1:1   “Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2 Qollar: Mallo, 52, Aspas, 80 İlk oyun - 1:2   “Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1 Qol: Kastanye, 20 - Verstraet, 84 İlk oyun - 5:2   “Borussiya” (Mönhenqladbax, Almaniya) – “Şalke” (Almaniya) - 2:2 Qollar: Kristensen, 26, Dahud, 45+2 - Qoreçka, 54, Bantelab, 68 İlk oyun - 1:1   “Anderlext” (Belçika) – APOEL (Kipr) - 1:0 Qol: Açemponq, 65 İlk oyun - 1:0   “Ayaks” (Hollandiya) – “Kopenhagen” (Danimarka) - 2:0 Qollar: Traore, 23, Dolberq, 45+3 İlk oyun - 1:2   “Roma” (İtaliya) – “Lion” (Fransa) - 2:1 Qollar: Strutman, 18, Tusart, 68 - Diaxabi, 16 İlk oyun - 2:4   “Mançester Yunayted” (İngiltərə) – “Rostov” (Rusiya) - 1:0 Qol: Mata, 70 İlk oyun - 1:1

Бешикташ - Олимпиакос 4:1. Обзор матча. Лига Европы 2016/17. 1/8 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Манчестер Юнайтед - Ростов 1:0. Обзор матча. Лига Европы 2016/17. 1/8 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Рома - Лион 2:1. Обзор матча. Лига Европы 2016/17. 1/8 финала. Ответный матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.

Боруссия М - Шальке 2:2. Обзор матча. Лига Европы 2016/17. 1/8 финала. 2-й матч. от GOALTIME - ФУТБОЛЬНЫЕ ОБЗОРЫ на Rutube.