Maide.az

Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək

Bu gün Avropa Liqasında “play-off” mərhələsinin cavab oyunları keçiriləcək.   22 qarşılaşmadan sonra qruplarda mübarizəni davam etdirəcək bütün komandalar müəyyənləşəcək.   Türkiyə təmsilçisi “Fənərbağça” Makedoniya “Vardar”ını qəbul edəcək. Səfərdə rəqibinə 0:2 hesabı ilə uduzan İstanbul komandası evdə qapısını toxunulmaz saxlamaq şərti ilə 3 qol vurmalıdır. İlk görüşdəki hesab təkararlanarsa, əlavə vaxta, burada da qalib müəyyənləşməsə, penaltilər seriyasına gediləcək.   Hollandiyada “Utrext”ə 0:1 hesabı ilə məğlub olan Rusiya “Zenit”nin işi nisbətən asandır. Eyni sözləri Portuqaliyada “Maritimu” ilə qolsuz heç-heçə edən Kiyev “Dinamo”suna da şamil etmək olar. (report) /   Avropa Liqası, “play-off” mərhələsi, cavab oyunları 24 avqust   20:00. AEK (Kipr) - “Viktoriya” (Çexiya) İlk oyun - 1:3   20:45. “Dinamo” (Kiyev, Ukrayna) - “Maritimu” (Portuqaliya) İlk oyun – 0:0   21:00. “Ostersun” (İsveç) - PAOK (Yunanıstan) İlk oyun – 1:3   21:00. “Şerif” (Moldova) - “Legiya” (Polşa) İlk oyun – 1:1   21:00. “Zenit” (Rusiya) – “Utrext” (Hollandiya) İlk oyun – 0:1   21:00. “Aleksandriya” (Ukrayna) - BATE (Belarus) İlk oyun – 1:1   21:00. “Makkabi” (Təl-Əviv, İsrail) - “Altax” (Avstriya) İlk oyun – 1:0   21:00. “Zalsburq” (Avstriya) - “Vitorul (Rumıniya) İlk oyun – 3:1   21:30. “Suduva” (Litva) - “Lüdoqorets” (Bolqarıstan) İlk oyun – 0:2   21:30. “Fənərbağça” (Türkiyə) - “Vardar” (Makedoniya) İlk oyun – 0:2   22:00. “Videoton” (Macarıstan) - “Partizan” (Serbiya) İlk oyun – 0:0   22:00. “Skenderbeu” (Albaniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) İlk oyun – 1:1   22:00. “Midtyulland” (Danimarka) - “Apollon” (Kipr) İlk oyun – 2:3   22:00. AEK (Yunanıstan) - “Brügge” (Belçika) İlk oyun - 0:0   22:45. “Marsel” (Fransa) - “Domjale” (Sloveniya) İlk oyun – 1:1   22:45. “Rusenborq” (Norveç) - “Ayaks” (Hollandiya) İlk oyun – 1:0   22:45. “Braqa” (Portuqaliya) - “Hafnarfyordur” (İslandiya) İlk oyun – 2:1   22:45. “Atletik” (İspaniya) - “Panatinaikos” (Yunanıstan) İlk oyun – 3:2   22:45. “Şkendiya” (Makedoniya) - “Milan” (İtaliya) İlk oyun – 0:6   23:00. “Hayduk” (Xorvatiya) - “Everton (İngiltərə) İlk oyun – 0:2   23:00. “Srvena Zvezda” (Serbiya) - “Krasnodar” (Rusiya) İlk oyun – 2:3   23:05. “Austriya” (Avstriya) - “Osiyek” (Xorvatiya) İlk oyun – 2:1