Maide.az

Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb

Bu gün futbol üzrə Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.   “Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə rəqiblər müəyyənləşib.    "Qarabağ"ın Çempionlar Liqasının "pley-off" mərhələsində mübarizədən kənarlaşdırdığı Danimarka "Kopenhagen"i qrup mərhələsində Azərbaycan təmsilçisi ilə birgə çıxış etmiş İspaniya "Atletiko"suna rəqib olub.    Püşkün nəticələri:     1/16 final "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya)    "Nitsa" (Fransa) - "Lokomotiv" (Moskva, Rusiya)   "Kohenhagen" (Danimarka) - "Atletiko" (Madrid, İspaniya)   "Spartak" (Moskva, Rusiya) - "Atletik" (Bilbao, İspaniya)   AEK (Afina, Yunanıstan) - "Dinamo" (Kiyev, Ukrayna)   "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya)   "Napoli" (İtaliya) - "Leyptsiq" (Almaniya)   "Srvena Zvezda" (Serbiya) - MOİK (Moskva, Rusiya)   "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya)   "Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya)   "Partizan" (Serbiya) - "Viktoriya" (Plzen, Çexiya)   "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya)    "Lüdoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya)    "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya)   "Estersund" (İsveç) - "Arsenal" (İngiltərə)   "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya)   Qeyd edək ki, oyunlar fevralın 15-də və 22-də keçiriləcək. İlk görüşlər adları birinci göstərilən komandaların meydanında olacaq.