Maide.az

Avropa Liqası: ilk oyun günündə 3 matç keçirilib

UEFA Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.   "Report"un məlumatına görə, ilk oyun günündə 3 matç keçirilib. Şotlandiya "Reyncers"i Cəbəllütariqdə "Sent Cozefs"i, Sofiya MOİK-i Bolqarıstanda Monteneqro "Titoqrad"ını eyni hesabla darmadağın edib. Xorvatiya "Hayduk"u isə Maltada "Qzira"nı 2:0 hesabı ilə yenib. Hər 3 qalib komanda növbəti mərhələni böyük ölçüdə təmin edib. Avropa Liqası I təsnifat mərhələsi, ilk oyunlar 9 iyul 19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4 20:00. “Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2   21:30. MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0 Qeyd edək ki, I təsnifat mərhələsinin qalan oyunları 10 – 11 iyulda olacaq. Cümə axşamı “Səbail” Rumıniya “Universitatya”sını qəbul edəcək. “Neftçi” isə Moldovada “Sperantsa”nın qonağı olacaq. Bu matçlar müvafiq olaraq saat 20:00-da və 21:00-da başlayacaq.