Maide.az

Avropa içkiyə qadağa qoyur?

Fransanın daxili işlər naziri Bernard Kaznov (Bernard Cazeneuve) futbol üzrə Avropa çempionatı günlərində spirtli içkilərin satışının qadağan olunduğunu bildirib. Bu addım Marseldə keçirilən Rusiya-İngiltərə matçından əvvəl və sonra baş verən hadisələrlə əlaqələndirilir. Rusiya və İngiltərə millilərinə xəbərdarlıq edilib ki, insident təkrarlansa, komandlar çempionatı tərk etməli olacaq.Hadisələrdə bir nəfər həlak olub, 35 nəfər yaralanıb. (vilayet.info)