Maide.az

Avropa çempionatında ikinc tur başlayır

Bu gün "Avro-2016"nın qrup mərhələsində II turun oyunlarına start veriləcək. Qol.az-ın məlumatına görə, günün ilk qarşılaşması B qrupunda keçiriləcək. Rusiya Slovakiya ilə üz-üzə gələcək. İlk görüşündə ingilislərlə bərabərə qalan Rusiya yığması bu oyundan qələbə ilə ayrılmağa çalışacaq. Qeyd edək ki, qrupun digər görüşü olan İngiltərə - Uels oyunu sabah keçiriləcək. 14 iyun B qrupu 17:00. Rusiya - Slovakiya  Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya) Əlavə köməkçi hakimlər: Matej Yuq, Slavko Vinçiç (hamısı Sloveniya) Dördüncü hakim: Yonas Eriksson (İsveç) Lill. "Pyer Morya" stadionu. N Komandalar O Q H M T-F X 1 Uels 1 1 0 0 2-1 3 2 İngiltərə 1 0 1 0 1-1 1 3 Rusiya 1 0 1 0 1-1 1 4 Slovakiya 1 0 0 1 1-2 0