Maide.az

Avropada tufan azı 6 nəfərin həyatına son qoyub

Həftəsonu Avropada güclü tufan azı 6 nəfərin həyatına son qoyub. Ölüm halları Çexiya, Polşa, İsveçrə, İsveç, Sloveniya və Britaniyada qeydə alınıb.   Tufan nəticəsində xəsarət alanlar da olub.   Kiara qasırğası fevralın 9-da Böyük Britaniya və İrlandiyadan keçərək şərqə doğru irəliləyib. Avropada onminlərlə adam elektriksiz qalıb.   Eyni zamanda yüzlərlə reys təxirə salınıb. Almaniyanın 4 şəhərində 700-dən artıq reys dayandırılıb.   Niderlandda isə fevralın 10-da 220-dək reys təxirə salınıb.   Tufan İngiltərədə daşqınlara səbəb olub, bir çox ölkələrdə dəmiryolunun işini əngəlləyib.   Sinoptiklər Danimarka, İsveç və Finlandiya sahillərində suyun səviyyəsinin qalxacağı xəbərdarlığını ediblər. /azadliq.org