Avropada İslamafobiyanın səbəbi nədir? - Avropalılar özləri açıqladılar
“Avropada islamofobiyanın artması miqrantlar əleyhinə hərəkatların və sağçı ifratçıların çoxalması ilə bağlıdır.” Maide.Az “middleeasteye”ə istinadən xəbər verir ki, bu barədə Avorpa İttifaqına ötən gün təqdim olunmuş hesabatda deyilir. İngiltərə, Fransa və Almaniya və bir sıra digər ölkələrin araşdırmaçıların iştirakı ilə hazırlanan hesabatda müsəlmanların “gündəlik həyatlarında düşmənçiliklə üzləşdiyi” qeyd olunur. Hesabatı hazırlayanlar Avropa qitəsində islamofobiyanın artmasını miqrantlar əleyhinə hərəkatların və sağçı ifratçıların çoxalması ilə əlaqələndirib. Siyasətçilərin də islamofobiyanın yayılmasında rolu olduğu qeyd edilən araşdırmada müəlliflər islamofobiya ilə mübarizə paketini də təqdim ediblər. Onların fikirncə islamofobiya ilə mübarizənin ən yaxşı yolu müsəlmanların Avropada olmasının adiləşməsi və cəmiyyətin birliyidir.