Maide.az

Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb

Avropada qış “transfer pəncərəsi” artıq bağlanıb. Bu dönəmdə elə də çox ulduz keçidi reallaşmayıb.   Klublar futbolçularla daha çox icarə əsasında güclənməyə çalışıblar. Ancaq yüksək məbləğə baş tutan transferlər də olub. Bu baxımdan PSJ yenə diqqət mərkəzinə düşüb. Paris təmsilçisi iki oyunçunu heyətinə cəlb etmək üçün 70 milyon avro xərc çəkib.   Qış fasiləsində ən yüksək məbləğə başa gələn futbolçu isə Oskar olub. Çinin “Şanxay SİPQ” klubu braziliyalı yarımmüdafiəçini “Çelsi”dən 60 milyon avroya alıb.   Bu qış baş tutan ən bahalı transferlər bunlardı:   Oskar “Çelsi”dən “Şanxay SİPQ”yə - 60 milyon avro   Yulian Draksler “Volfsburq”dan PSJ-yə - 40 milyon   Qabriel Jezus “Palmeyras”dan “Mançester Siti”yə - 32 milyon   Qonçalo Quedes “Benfika”dan PSJ-yə - 30 milyon   Dmitri Paye “Vest Hem”dən “Marsel”ə - 29,3 milyon   Odion İqola “Uotford”dan “Çançun Yatay”a – 23,3 milyon   Morqan Şneyderlin “Mançester Yunayted”dən “Everton”a – 22,9 milyon   Çendon Zanq “Beijin Qoan”dan “Hebey Çayna Fortun”a – 20,4 milyon   Aksel Vitsel “Zenit”dən “Tianjin Quanjian”a – 20 milyon   Leonardo Pavoletti “Cenoa”dan “Napoli”yə - 18 milyon   Aleşandre Pato “Vilyarreal”dan “Tianjin Quanjian”a – 18 milyon   Onyinye Ndidi “Genk”dən “Lester”ə - 17,6 milyon   Manolo Qabbiadini “Napoli”dən “Sauthempton”a – 17 milyon   Memfis Depay “Mançester Yunayted”dən “Lion”a – 16 milyon   Elder Koşta “Benfika”dan “Vulverhempton”a – 15,2 milyon   Mattia Kaldara “Atalanta”dan “Yuventus”a – 15 milyon   Robbi Bredi “Norviç”dən “Bernli”yə - 15 milyon   Saido Berahino “Vest Bromviç”dən “Stok Siti”yə - 15 milyon   David Neres “Sao Paulo”dan “Ayaks”a – 15 milyon   Ceffri Şlupp “Lester”dən “Kristal Pelas”a – 13,8 milyon   Leon Beyli “Genk”dən “Bayer”ə - 13,5 milyon   Stevan Yovetiç “İnter”dən “Sevilya”ya – 13,5 milyon   Yunus Mallı “Maynts”dan “Volfsburq”a – 12,5 milyon   (apasport) /