Maide.az

Avropa Birliyinin polis təşkilatı “Europol” həyəcan təbili çalıb

Avropa Birliyinin polis təşkilatı “Europol” həyəcan təbili çalıb.   Maide.az xarici mətbuata istinadən məlumat verir ki, “Europol”un direktoru Rob Veynrayt bildirib ki, Avropada hazırda  İŞİD terror qruplaşmasının 5 min təlim görmüş üzvi var.    Terrorçuların Yaxın Şərq ölkələrində döyüşdüyünə və döyüş təlimi almasına diqqət çəkən “Europol”un direktorunun sözlərinə görə, Aropanın son on ilin ən böyük təhdidi ilə qarşı-qarşıyadır.     “Beş mindən çox avropalı gənc Yaxın Şərqdəki terror düşərgələrində təlim alıb və bunların böyük hissəsi Avropaya qayıdıb. Terrorçular terror aktlarını həm qrup şəklində, həm də fərdi olaraq həyata keçirə bilərlər”, - Rob Veynrayt narahatlığını dilə gətirib./