Maide.az

Avropa Birliyinin Bakıdakı səfiri həbsxanada İlqar Məmmədovla görüşüb

Maide.az xəbər verir ki, REAL Hərəkatının sədri İlqar Məmmədov Binə qəsəbəsindəki 2 Saylı Cəzaçəkmə Müəssəsində Avropa Birliyinin Azərbaycandakı səfiri Malena Mard ilə görüşüb.   REAL-ın yaydığı məlumata görəgörüşdə ölkələr arasındasiyasi vəziyyət, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilməsi və qarşıdan gələn parlament seçkiləri müzakirə edilib.   İlqar Məmmədov 2013-cü ilin yanvarın sonlarında İsmayıllı rayonunda baş vermiş kütləvi narazılığdan sonra fevralın 4-də həbs edilib. Məhkəmə onu 7 il azadlıqdan məhrum edib.