Maide.az

AVRO-2020-nin ilk finalçısı bu gün bəlli olacaq

Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə start veriləcək.    Modern.az-ın məlumatına görə, bu mərhələnin hər iki oyunu İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək.   İlk oyun günündə İtaliya və İspaniya yığmaları finala vəsiqə uğrunda meydana çıxacaqlar. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.     Avropa çempionatı   Yarımfinal    23:00. İtaliya - İspaniya   Baş hakim: Feliks Brix (Almaniya)   London, "Uembli" stadionu     Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah İngiltərə və Danimarka yığmaları qarşılaşacaq.