Maide.az

AVRO-2020: Bu gün daha üç qarşılaşma baş tutacaq

Azərbaycanın da ev sahiblərindən biri olduğu futbol üzrə Avropa çempionatı davam edir.    Oxu.Az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutacaq.   Əvvəlcə D qrupu çərçivəsində Şotlandiya və Çexiya yığmaları üz-üzə gələcəklər.    Günün ikinci matçı E qrupunda Polşa və Slovakiya yığmaları arasında baş tutacaq.   Bu qrupun digər oyununda isə İspaniya və İsveç milli komandaları qarşılaşacaq.   AÇ-2020 14 iyun D qrupu   17:00. Şotlandiya - Çexiya   Baş hakim: Daniele Orsato (İtaliya). Qlazqo. “Hampdem Park” stadionu.   E qrupu   20:00. Polşa - Slovakiya   Sankt Peterburq. “Qazprom Arena”.   23:00. İspaniya - İsveç   Sevilya. “Estadio de La Cartuja”.