Maide.az

Avqustun 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

    Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Temperaturun gecə 23-27°, gündüz 32-37° isti, Bakıda gecə 25-27°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-55 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq.                                           Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 34-39° isti olacağı gözlənilir.                               Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,                        həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,                            Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 12-17°, gündüz 25-30° isti olacağı gözlənilir.                                               Qazax, Gəncə, Goranboy,                           Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 19-24°, gündüz 34-39° isti olacaq.                                        Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,                                      İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,                                              Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir.                         Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 21-26°, gündüz 35-40° isti olacaq.                                                        Masallı, Yardımlı,                                         Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 22-27°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.                                                               Xəbərdarlıq Avqustun 10-u axşamdan 12-si gündüzədək ölkə ərazisində şimal-qərb küləyinin saniyədə 15-20 metr, bəzi rayonlarda və Abşeron yarımadasında arabir 25-28 metrədək güclənəcəyi gözlənilir. Əsasən gecə və axşam saatlarında ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda lokalqısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.