Maide.az

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb

Avqustun 27-də gözlənilən hava şəraiti açıqlanıb.   Maide.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.   Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-26° isti, gündüz 34-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.   Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.   Tibbi-meteoroloji proqnoz   Avqustun 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.   Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz saatlarında Böyük və Kiçik Qafqazın bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti olacaq.