Avqustun 27-dən 9 illik bazadan kolleclərə ixtisas seçimi başlayacaq
“9 illik təhsil bazasından kolleclərə ixtisas seçiminə avqustun 27-dən başlamağı planlaşdırırıq”. APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, bu gün bununla bağlı jurnalı dərc olunmaq üçün göndərilib.