Aviaşirkət 34 işçini uçuşlardan kənarlaşdırdı - Kök olduqları üçün
Hindistanın "Air India" dövlət aviaşirkəti artıq çəkiyə görə 34 ekipaj üzvünü uçuşlardan kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə mülki aviasiya naziri Cayant Sinha bildirib. Nazir qeyd edib ki, onların 30-u qadın, 4-ü isə kişidir. C.Sinha deyib: "Air India" belə əməkdaşlara çəkilərini azaltmaq üçün kifayət qədər imkan verir. Onlar artıq çəkidən qurtulan kimi uçuşlara buraxılacaqlar".