Aşuradan sonra İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) hərəmi yuyuldu - FOTO
Aşura günündən sonra İraqın Kərbəla şəhərindəki Həzrət İmam Hüsyen (ə) və Həzrət Abbasın (ə) mütəhhər hərəmlərinin yuyulması mərasimi keçirilib. Maide.Az xəbər verir ki, mütəhhər hərəmin xidmətçiləri xüsusi dualar oxumaqla başladıqları nurani mərasimi İmam Hüseynin (ə) və Həzrət Abbasın (ə) pak qəbrlərinin olduğu məkandan başlayıblar və daha sonra hərəmdə geniş təmizlik işləri aparıblar. Təmizlik işləri çərçivəsində dəhlizlər yuyulub və hərəmin daxili divarları, qapı və pəncərələrinin tozu alınıb.