Maide.az

`Atletiko` `Bavariya`nı məğlub etdi

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Qol.az-ın məlumatına görə, Madridin “Atletiko” klubu öz meydanında “Bavariya”nı qəbul edib. Matçın taleyini bir qol həll edib. Saul Niqesin görüşün 11-ci dəqiqəsində vurduğu qol "Atletiko"ya minimal hesablı qələbə qazandırıb - 1:0. Qeyd edək ki, komandalar arasında cavab oyunu mayın 3-də keçiriləcək.   27 aprel  Çempionlar Liqası, yarımfinalın ilk oyunu 22:45. "Atletiko" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya) - 1:0 Qol: Saul Niqes, 11 (1:0)  26 aprel 22:45. "Mançester Siti" (İngiltərə) - "Real" (Madrid, İspaniya) - 0:0   /