Maide.az

Atatürk Hava Limanının tavanı çökdü - Foto

Türkiyənin İstanbul şəhərində Atatürk Hava Limanının tavanı çöküb.   Maide.az xəbər verir ki, daxili uçuşlar terminalının giriş hissəsindəki tavan təhlükəsizlik xidməti əməkdaşlarının başına düşüb. Nəticədə 3 nəfər xidmət əməkdaşı və 1 nəfər sərnişin yaralanıb. Yaralıların dördü də xəstəxanaya yerləşdirilib.  Hava limanından bildirilib ki, baş vermiş hadisəyə görə uçuşlar təxirə salınmayacaq./