Maide.az

ATƏT MQ-nin həmsədrləri Azərbaycan və Ermənistan XİN başçılarının yeni görüşünü hazırlayırlar

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib.    Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırki vəziyyət və yaxın aylarda, postpandemiya dövründə atılacaq addımlar müzakirə olunub, xəbəri XİN-in mətbuat xidməti yayıb.   Tərəflər pandemiyadan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarixi və yeri dəqiqləşdirmək barədə razılıq əldə ediblər.  /contact.az /