Maide.az

ATƏT-in baş katibi Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü gözləyir

Bu payız Ermənistan və Azərbaycan liderlərinin görüşü mümkündür. ATƏT-in baş katibi Lamberto Zanyer KTMT Daimi Şurasının iclasındakı çıxışında bildirib.   Onun sözlərinə görə,  KTMT baş katibi Nikolay Bordyuja ilə Qarabağ problemini müzakirə edib. “Biz regionda və Ermənistan-Azərbaycan sərhədində zorakılığın artmasından narahatıq, siyasi rəhbərliklə iş aparılmalıdır”, - RİA Novosti agentliyi Zanyerin sözlərindən sitat gətirib.   “Biz Nyu-Yorkda Baş Assambleyada xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdük. Payızda daha bir görüş mümkündür. Ümid edirik ki, Ermənistan və Azərbaycan liderləri ilə görüş mümkün olacaq”, - o əlavə edib.