ATƏT-in Parlament Assambleyasının 30-cu sessiyası Azərbaycanda keçiriləcək
MM-in sədri Oqtay Əsədov ATƏT-in Parlament Assambleyasının 30-cu sessiyasının Azərbaycanda keçiriləcəyini deyib: “Təklif edirik ki, Minsk Qrupunun həmsədrlərinin hesabatı bu sessiyanın gündəliyinə salınsın. Bununla bağlı müraciətin hazırlanması haqqında Milli Məclisin gündəliyinə məsələ qalmaq olar”. Deputatlar bu təklifi alqışlarla qarşıladılar və dəstəklədilər.