Maide.az

Ağsu dolaylarında torpaq sürüşməsi aktivləşib

Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir   Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib.    Bu barədə Maide.Az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.   Məlumatda deyilir ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.   Həmin hissənin bərpası üçün əraziyə “Azəravtoyol”un texnikası və canlı qüvvəsi cəlb olunub.   Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib. /