Maide.az

Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xəttinin istismara veriləcəyi tarix açıqlanıb

Azərbaycan və İranın dəmir yolları sistemlərini birləşdirəcək Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti dekabrın 25-də istismara veriləcək.   Madie.Az  xəbər verir ki, bu barədə məlumatı İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri verib.     O bildirib ki, tərəflər arasında gömrük qeydiyyatı, viza rejimi və İran Astarasında tikilən yük terminalından istifadə qaydaları haqqında da razılıq əldə olunub.   Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsi ilə birləşdirəcək.(azertac)