Maide.az

Astanada Suriya üzrə 9-cu iclasın vaxtı açıqlandı

Suriyadakı vəziyyətin nizamlanması üzrə növbəti danışıqlar yenə Astanada mayın 14-15-də keçiriləcək.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Suriya üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Alkesandr Lavrentev deyib.   Qeyd edək ki, bu, artıq sayca 9-cu iclas olacaq.    Astanada mütəmadi keçirilən Suriya üzrə danışıqlarda Rusiya, Türkiyə, İran, eləcə də Suriya nümayəndələri iştirak edir.