Maide.az

Ağstafada güllə yarası alanlardan birinin ayağı amputasiya olunub

Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.   Hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.   Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.    Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır. /report /