Arı yeyən Qusar sakini Ginnesin Rekordlar Kitabına düşmək istəyir - FOTO
Qusar rayon sakini, 57 yaşlı Kazım Balakişiyev qeyri-adi bacarığa malikdir. O, arının balını da, özünü də yeyə bilir. K. Balakişiyev deyir ki, 15 ilə yaxındır, arıçılıqla məşğuldur. Arı yeməyə isə 7 ildir başlayıb. Onun sözlərinə görə, dəfələrlə arı sancmasına baxmayaraq səhhətində heç bir problem yaranmayıb. O, bu bacarığı ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir, bunun üçün o 365 arını yeyə biləcəyini iddia edir. Bununla belə, K. Balakişiyev digər şəxslərə arı yeməyi məsləhət görmür.