Maide.az

`Arsenal`dan Falkaoya 20 milyon funt-sterlinq

London təmsilçisi "Monako"nun hücumçusu Radamel Falkaonu transfer etmək niyyətindədir.    "Topçular" kolumbiyalı futbolçunu bir illiyinə icarəyə götürməyi planlaşdırır. İngiltərə təmsilçisi Falkao üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.   Qeyd edək ki, "Arsenal" Falkao ilə yanaşı, "Mançester Yunayted"dən Dani Uelbek və "Kvins Park Reyncers"dən Luik Remi ilə də yaxından maraqlanır.