Maide.az

`Arseanl` dayandı,`Atletiko` 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. Maide.az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib. Fransada "Monako" "Arsenal"ı qəbul edib.  Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib.   1/8 finala “Monako” adlayıb. Madriddə "Atletiko" Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxıb – 1:0. Ümumi hesab bərabər olduğundan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (3:2) madridlilər 1/4 finala yüksəlib.   17 mart Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 23:45. "Monako" (Fransa) - "Arsenal" (İngiltərə) - 0:2  Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2) (İlk oyun - 3:1) 23:45. "Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 (Penatilər seriyası - 3:2) Qol: Suares, 27 (1:0) (İlk oyun - 0:1)  "Atletiko": -++-+ "Bayer": -+-+-   18 mart   23:45. “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə)  (İlk oyun - 2:1) 23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya)  (İlk oyun - 1:2)