Maide.az

Arktikanın buz qatı əriyir

Bu qış havanın qeyri-adi dərəcədə isti keçməsi Şimal Buzlu Okeanının buz qatını rekord səviyyədə əridib. Məlumatı ABŞ alimləri martın 28-də yayıb.   Martın 24-də buz qatı 5.607 milyon kvadratmilə çatıb ki, bu da ötən qışdakından 5 min mil azdır. 30 illik orta səviyyədən isə 431 min kvadratmil kiçikdir.   Hava elə isti keçib ki, Rusiya ilə ABŞ-ın Alyaska ştatı arasında yerləşən Barens dənizi qışın əksər hissəsi, demək olar ki, buzsuz qalıb. Bu da qeyri-adi hal sayılır.    Peyklər buzu ölçməyə 1979-c ildən başlayıblar. Rekord səviyyə də o vaxtdan hesablanır.   Şimal Qütbündə temperatur Farenheyt şkalası ilə normadan 16 dərəcə isti olub. Arktikanın digər hissələrində isə normadan 4-11 ºF dərəcə artıq istilik qeydə alınıb.    NASA alimləri bildirirlər ki, buzun belə əriməsi qlobal istiləşməylə bağlıdır. azadliq.org /