Maide.az

Arif Yunusun azadlığa buraxılması barədə vəsatət təmin edilmədi

Bu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunusun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatətə baxılıb. Vəkil həbsin ev dustaqlığı ilə əvəzlənməsini istəyib. Məhkəmə vəsasəti təmin etməyib. Bu barədə "Turan"a vəkil Xalid Bağırov bildirib. Qeyd edək ki, oktyabrın 29-da məhkəmə A.Yunusun həbs müddətini 4 ay uzadıb. Vəkilin sözlərinə görə, Nəsimi məhkəməsinin hər iki qərarından apelyasiya şikayəti veriləcək. Xatırladaq ki, Arif Yunusun xanımı Leyla Yunus iyulun 30-da, o özü isə beş gün sonra həbs olunub. Onlar dövlətə xəyanətdə və digər cinayətlər törətməkdə ittiham olunurlar. musavat /