Maide.az

Arif Hacılıya daha bir etiraz

Müsavatın Zəngilan rayon təşkilatının Biləcəri özəyinin sədri Fərzalı İxtiyarov partiya sıralarından istefa verib. Bu barədə "Report"a partiyanın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev bildirib. O deyib ki, Fərzalı İxtiyarov Müsavatın hazırkı başqanı Arif Hacılının yürütdüyü siyasətə etiraz edərək partiyadan çıxıb.