Maide.az

Argentinada ABŞ əleyhinə etiraz aksiyası

Argentinalılar öz ölkələrində ABŞ hərbi bazasının tikintisinə etiraz etmək məqsədilə küçələrə axışdı.    Maide.Az RT-ə istinadən xəbər veri rki, etirazçılar  əllərində üzərində “Yanki hərbi bazasına yox”, “ABŞ Argentinadan çıxmalıdır” şüarları yazılmış  plakart daşıyıb.    Etiraz aksiyası ABŞ-ın Neuken şəhəri yaxınlığına əməliyyat mərkəzi qurmaq niyyətində olduğunu açıqlamasının ardınca baş tutub.   Bu bazanın 1 il ərzində tikilib tamamlanacağı bildirilir.  Etriazçılar bu bazanın ABŞ tərəfindən Argentinanın  daxili işlərinə müdaxilə üçün istifadə ediləcəyini bildirir.