Şarca 2019-cu ildə `Dünya kitab paytaxtı` olacaq
Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhəri 2019-ci ildə "Dünya kitab paytaxtı" seçilib. Maide.İnfo xəbər verir ki, bu barədə YUNESKO-nun baş direktoru İrina Bokova bildirib. “Şarcada oxuyun” devizi altında bu ölkədə geniş tədbirlər keçiriləcək Bu tədbirlər əsasən, həmrəylik, oxu, irs, sadəlik, nəşrlər və uşaq mövzularında olacaq. Tədbir zamanı gənc şairlər üçün də ayrıca proqramlar həyata keçiriləcək. /