Maide.az

Araz Abdullayevin işi nizam-intizam komissiyasına çıxarılıb

"Araz Abdullayev bu gün meydançaya çıxmadı. O, lazımlı oyunçudu. Amma komandanın nizam-intizam kodeksləri var. Bütün futbolçular buna əməl etməlidi".    Maide.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Arif Əsədov deyib.   Əsədov futbolçunun qovulmayacağını bildirib: "Arazla bağlı sabah qərar verəcəyik. Biz o tip futbolçuları itirməyə yox, qazanmağa çalışırıq. Onu qovmaq kimi bir niyyətimiz yoxdu. Qərar çıxarıldıqdan sonra bu barədə ictimaiyyətə məlumat verəcəyik. Qaydalar hər bir futbolçu üçün keçərlidi".